DÜNYA

Bloomberg - Çin bazarı defoltla üzləşə bilər
10 İYUN
148

Bloomberg - Çin bazarı defoltla üzləşə bilər

2019-06-10 09:07:00

Fins.az xəbər verir ki, "Bloomberg"-in proqnozuna görə, Çinin istiqraz bazarı 2019-cu ildə tarixinin ən güclü 13 trilyon dollarlıq defoltu ilə qarşılaşa bilər.

İlin ilk 4 ayında Çin şirkətləri daxili istiqrazlar üzrə 39,2 milyard yuan ( 5,8 milyard dollar )  dəyərində defolt elan ediblər. Son ildə defolt artımı 3,4 dəfə, 2016 - cı ildən isə 3 dəfə artım ilə qeydə alınıb. 2019 - cu il görünür ki, istiqrazlar üzrə defoltların yeni maksimum ili kimi yadda qalacaq. 

Çin höküməti şirkətlərin maliyyələşməsinin azalması fonunda banklara təzyiq edərək onlara yeni kreditlərin ayrılmasını isdəyir. Bundan əlavə hökümət kölgə bankçılığına diqqətlə nəzarət edir və onun iqtisadiyyatda payını azaltmaq üçün tədbirlər görür. Beləliklə, sürətli defoltlar 2017-ci ildə başlayıb və bu günə kimi də davam edir. Bloomberg-in fikrincə 2016 - cı ildə Çin höküməti istehsalatda artıq gücü azaltmaq məqsədi ilə gördükləri tədbir kredit bazarlarına təsirsiz qalmayıb və buda daxili bazarda defoltların artmasına gətirib çıxarıb. 

ABŞ prezidenti son günlərdə Çinin ticarət danışıqlarını pozduğunu və yeni tariflərin tətbiq ediləcəyini bildirmişdi. Buda bazarlarda əlavə təzyiqlər yaradır. 

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır