DÜNYA

Səudiyyə Ərəbistanı rəsmisindən neft hasilatı ilə bağlı kritik açıqlama
08 İYUN
442

Səudiyyə Ərəbistanı rəsmisindən neft hasilatı ilə bağlı kritik açıqlama

2019-06-08 13:13:00

Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid əl-Falih, Rusiya ilə neft bazarlarına dair müsbət danışıqlar apardıqlarını bildirib.Fins.az xəbər verir ki, o deyib "Neft İxrac edən Ölkələr Təşkilatı -OPEC ilə təşkilata üzv olmayan bəzi ölkələr arasında neft istehsalının azaldılması razılaşmasının uzadılacağına əminəm". Falih, Sankt - Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) etdiyi çıxışında, Rusiyanın Energetika naziri Aleksandr Novak ilə danışdıqlarını söyləyib. Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarlarına dair ortaq bir anlayış olduğunu ifadə edən Falih, "Nazirliklərimiz arasında az qala tam bir fikir birliyi var" deyib. Falih, OPEC və başda Rusiya olmaqla OPEC-ə üzv olmayan bəzi ölkələr ilə icra edilən əməkdaşlığı davam etdirmək istədiklərini vurğulayaraq, "OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft hasilatının azaldılması razılaşmasının uzadılacağına əminim" deyib. Neft qiymətlərində görülən "dalğalanmalar" səbəbilə OPEC və OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələr 2016-da hasilatın azaldılması razılaşmasına başlayıblar. Rusiya Prezidenti Vladimir Putin dünən etdiyi açıqlamada, Rusiyanın büdcəsinin neftin 40 dollarlıq qiymətinə görə təyin olunduğunu, 60-65 dollarlıq qiymətin özləri üçün "məmnun edici" olduğunu söyləmişdi. Cümə axşamı Brent neftin barel qiyməti 63,29 dollardan, Qərb Texas (WTI) xam neftinin də barel qiyməti 53,05 dollardan bağlanıb. Qiymətlər 2,5%-dən çox artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır