DÜNYA

Tereza Mey bu gün rəsmən Mühafizəkarlar Partiyasının sədrliyindən gedir
07 İYUN
118

Tereza Mey bu gün rəsmən Mühafizəkarlar Partiyasının sədrliyindən gedir

2019-06-07 15:15:00

Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün rəsmi olaraq Mühafizəkarlar Partiyasının sədrliyindən gedir.

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, baş nazir Tereza Mey mayın 24-də "Brexit”i icra edə bilmədiyi üçün istefa verib. O, yeni sədr seçilənə qədər baş nazir postunda qalacaq.

Yeni liderin seçimi isə 6 həftəyə qədər çəkəcək. Hazırda Mühafizəkarlar Partiyasının sədrliyi üçün 11 namizəd var. Namizədlik üçün son müraciət tarixi iyunun 10-dur. İyunun 18, 19 və 20-də gizli səsvermə keçiriləcək. Yeni partiya sədrinin adının təxminən iyulun 22-də açıqlanması gözlənilir. Seçilən şəxs həm də Britaniyanın baş naziri postuna yiyələnəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272