DÜNYA

Rusiya və Çin XXI əsrin ittifaqını yaradır
07 İYUN
153

Rusiya və Çin XXI əsrin ittifaqını yaradır

2019-06-07 12:50:00

Bu həftə qərbli müttəfiqlər tarixin ən böyük dəniz əməliyyatını qeyd etmək üçün İngiltərədə və Fransada toplaşırlar.Fins.az “The Washington Post”a istinadən məlumat verir ki, qərbli müttəfiqlər arasında  La-Manşdan uzaq daha bir əhəmiyyətli görüş keçirilir. Onun məqsədi yüzilliyin yeni ittifaqının bərkidilməsidir. 75 il bundan əvvəl Normandiyada Müttəfiq Qüvvələrin enməsinin ildönümünü qeyd etmək üçün İkinci Dünya müharibəsi zamanı alyansı formalaşdırmış müxtəlif ölkələrin nümayəndələri və o cümlədən Almaniyadan olan elçilər də iştirak edir. Lakin bu görüşdə müttəfiqlərin hərbi səylərindən başqa, şəxsi qurbanlar verən Rusiya və Çin liderləri iştirak etməyəcəklər. Onlar Avropanın şərqində şəxsən görüşəcəklər. Çərşənbə günü Moskvada Rusiya prezidenti Vladimir Putin Rusiyaya üç günlük səfərini başlayan Çin prezidenti Si Tsinpini (Xi Jinping) qəbul edib. Görüş Moskva ilə Pekinin diplomatik əlaqələrinin 70 illiyini qeyd etmək üçün təşkil olunub və hər iki tərəf əlaqələrin hər zamankindən daha yaxşı olduğunu iddia edib. 

Bu iki beynəlxalq görüş  arasında köhnə və yeni, şərq və qərb, demokratiya və avtokratiya kəskin ziddiyyət təşkil edir. Lakin bu fərqlər həmişə açıq-aşkar görünməyib. Rusiya prezidenti ilk dəfə 2004-cü ildə Müttəfiqlərin Düşmə Günü mərasimlərinə qatılıb. Nəşr vurğulayıb ki, baxmayaraq ki Moskva müdaxilələrdə bilavasitə iştirak etməyib, lakin sovet əsgərləri " Şərq cəbhəsində “ Hitler Almaniyasının dağıdılmasında əhəmiyyətli rol oynayıblar və bunun üçün böyük itkilər veriblər. 2014-cü ildə Krımın işğalından sonra müttəfiqlərin enmə gününün bayram edilməsində Putinin iştirakı dünya liderlərinin Moskvanı bü görüşdən təcrid etmək cəhdlərinin fonunda gərgin keçib. Rus lideri bu il dəvət edilməyib: Fransızlar  bunu belə izah ediblər ki, bu il   dövlət başçıları deyil, hökumət başçıları dəvət olunub.

Yazıda qeyd olunur ki, əgər müttəfiqlərin enməmə günü mərasimi bir tarixi birliyin keçmiş şöhrətini qeyd edirsə, Putin və Si öz görüşlərinə yeni məna verməyə çalışırlar. Si bu həftə söyləyib ki, Putin onun ən yaxın xarıcı həmkarıdır. Kremlin məlumatına əsasən, onlar 2013-cü ildən etibarən 29 dəfə görüşüblər. Bu XX əsrin çox hissəsi boyunca kommunizmin müxtəlif interpretasiyaları Çin və Sovet İttifaqını diplomatik əlaqələri kəsməyə məcbur etdikdən sonra, hər iki ölkə üçün dəyişiklik deməkdir. Onlar qonşudurlar, Asiyada ümumi sərhədlərə və regional maraqlara malikdirlər və onların hər ikisi də XX əsrdə kommunizmdən müasir avtoritarizmə çevriliblər.

Amma ən vacibi, onların hər ikisi Birləşmiş Ştatlarla fikir ayrılığındadırlar. Rusiya və Çin eyni zamanda Amerikayla iqtisadi münaqişələrə başlayıb. Moskva Vaşinqton tərəfindən sanksiyalarla üzləşdiyi halda, Pekin dağıdıcı iqtisadi müharibənin ortasında qalıb. Putin və Si özlərini azad ticarət müdafiəçiləri və proteksionizmin rəqibləri kimi təqdim edirlər və onların ixrac yönümlü iqtisadiyyatlarının təhdid altında olduğuna inanırlar. Vaşinqtona qarşı düşmənçilik Pekin və Moskva arasında ən böyük bağlayıcı vasitə ola bilər. Nəşrdə deyilir ki, bu yeni soyuq müharibənin  əsasən iqtisadi sahədə qalmasına baxmayaraq, Pentaqon ABŞ-ı Çin və Rusiya  ilə münaqişə ehtimalına hazır olması haqqında xəbərdarlıq  edib.

Prezident Tramp bu həftə belə hadisələrin gələcək inkişafını fikirləşdiyi bir vaxtda , Normandiyada isə o, keçmiş haqqında düşünməlidir. Müttəfiqlərin enmə günü əsasən Amerikanın adı ilə bağlansa da, lakin reallıq ondan ibarətdir ki, müttəfiqlərin düşməsi üçün 75 il əvvəl  britaniyalılar, kanadalılar, polyaklar, yeni zellandiyalılar və başqaları iştirak etmişdilər. 1945-ci ildə aparılan bir araşdırma göstərir ki, fransızların yalnız 20% -i Birləşmiş Ştatların müharibədə qalibiyyətə ən çox töhfə verdiyinə inandığı halda, 57% -i isə Rusiyanı qeyd edib.

Belə çoxtərəfli yanaşma nə Trampın "Amerika hər şeydən yüksək"dir ritorikasına, nə də  düşmən və müttəfiqlərinə qarşı şifahi və iqtisadi  müharibə aparmaq vərdişinə uyğun gəlmir. Bu həftə Prezident tarixçisi CJon Meacham “The Washington Post” qəzetinə bildirib ki,  Müttəfiqlərin enmə gününü “Amerika dünyaya qarşı” yanaşmasının işləmədiyi bir gün kimi xatırlamaq olar. Miçem vurğulayıb ki,  Normandiya çimərlikləri bizə tarixdən qaça bilməyəcəyimizi daima xatırladacaq. Ancaq Amerika prezidenti Fransa prezidenti Emmanuel Makron  və Avropanın böyük hissəsi ilə İranın siyasi mövzularından iqlim dəyişikliyinə qədər olan suallarla bağlı razılığa gələ bilməyib.

Tramp Rusiya prezidenti və İsrail Baş naziri Binyamin Netanyahu ilə qeyri-adi üçtərəfli görüş keçirəcək. ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro vurğulayıb ki, Rusiya bu görüşdə İrana dəstəyi dayandıracağı halda, Amerıkanın sanksiyaları zəiflətməsinə nail ola bilər.

Öz müttəfiqlərini birləşdirmək əvəzinə Tramp administrasiyası onları uzaqlaşdırır, ən pis halda onları rəqibə çevirir. Və bunu etdiyində onun düşmənləri başa düşürlər ki, düşmənimin düşməni mənim dostumdur.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269