DÜNYA

Saakaşvili Kliçkonun partiyasına rəhbərlikdən imtina edib
07 İYUN
132

Saakaşvili Kliçkonun partiyasına rəhbərlikdən imtina edib

2019-06-07 09:39:00

Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Kiyev meri Vitali Kliçkonun "Zərbə" partiyası ilə birgə seçkilərə getməkdən imtina edib.

Fins.az  xəbər verir ki, bu barədə vəziyyətlə yaxından tanış olan mənbələrə istinadən "Ukrainskaya pravda" nəşri yazıb.

Kliçko iyunun 4-də Saakaşviliyə qarşıda duran növbədənkənar seçkilərdə onun siyasi qüvvəsinə rəhbərlik etməyi təklif edib.

Mixail Saakaşvili Ukraynaya mayın 29-da gəlib. Ondan bir gün əvvəl Zelenski ona Ukrayna vətəndaşlığının qaytarılması barədə göstəriş verib. Siyasətçi Ukrayna vətəndaşlığından 2017-ci ildə sabiq prezident Pyotr Poroşenko vaxtında məhrum edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır