DÜNYA

ABŞ S-400-ə görə türk pilotların təlimə qəbulunu dayandırıb
07 İYUN
105

ABŞ S-400-ə görə türk pilotların təlimə qəbulunu dayandırıb

2019-06-07 09:33:00

Birləşmiş Ştatlar Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar olaraq Türkiyədən F-35 qırıcıları üçün pilotların daha təlimlərə qəbul edilməməsi barədə qərar verib.

Fins.az xəbər verir ki, qərar hazırda Amerikanın Arizona aviabazasında təlim keçən Türkiyə əməkdaşlarına aid deyil.

Bundan əlavə, Türkiyədən yeni pilotların və texniki personalın qəbulu Ankaranın S-400-lə bağlı qərarını dəyişəcəyi təqdirdə bərpa oluna bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır