DÜNYA

Rusiya rəhbərliyi "YANDEX"-dən xidmətlərin şifrələnməsinin açarlarını tələb edir
06 İYUN
121

Rusiya rəhbərliyi "YANDEX"-dən xidmətlərin şifrələnməsinin açarlarını tələb edir

2019-06-06 16:50:00

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti  “Yandex” rəhbərliyindən “Yandex”poçt və “Yandex Disk” istifadəçilərinin şifrələrini açması üçün açarların verilməsini tələb edib. Fins.az-ın məlumatına görə, bu barədə iyunun 4-də “RBC” IT bazarında bir mənbəyə və “Yandex”-in həmsöhbətinə istinadən xəbər verib. Bu məlumatlara əsasən, Federal Təhlükəsizlik Xidmətinin bu tələbi bir neçə ay əvvəl göndərilib və bu vaxt ərzində şirkət sorğuya cavab verməyib. Xüsusi xidmət orqanları şirkətdən sessiya açarlarını verməyi tələb edir, bu açarlar yalnız məktublara deyil, eyni zamanda ORİ (məlumat yayımı təşkilatçıları) reyestrində olan istifadəçilərdən gələn bütün trafikləri təhlil etməyə imkan verir. İstifadəçi sessiyası çərçivəsində bütün trafikin şifrəsinin açılması əhəmiyyətli dərəcədə risk daşıyır. Sessiya açarı istifadəçi və server arasında bir əlaqəni şifrələmək üçün istifadə olunur. “Yandex” Poçt xidmətinin bu məlumatlarının ötürülməsi xüsusi xidmət orqanlarına istifadəçilərin loqin və parollarını öyrənməyə imkan verəcək , “The Tor Project”-in keçmiş əməkdaşı  izah edib. ORİ reyestrində hazırda 170-dən çox servis var, “Vkontakte", " Odnoklassniki", “Tinder”, “BlaBlaCar” və “Vimeo” - da onların içindədir. Federal Təhlükəsizlik Xidməti onların hər birindən istifadəçi yazışmalarının şifrlərinin açılması üçün açarları tələb edə bilər.

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272