DÜNYA

Ərdoğan ABŞ-ın ultimatumuna cavab verdi
06 İYUN
493

Ərdoğan ABŞ-ın ultimatumuna cavab verdi

2019-06-06 04:46:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarının  təzyiqlərinə baxmayaraq, S-400 Raket Əleyhinə Müdafiə sistemləri almaq barədə Rusiya ilə bağlanmış sazişdən çıxmayacaq. Türkiyə lideri deyib: «Bizim sazişimiz var və o, hazırda reallaşır – biz, qəti fikirdəyik. S-400 almaqdan imtina etməyə hazırlaşmırıq». Ərdoğan bir daha xatırladıb ki, Moskva özünün Raket Əleyhinə Müdafiə sistemlərinin satışı üzrə Vaşinqtonla müqayisədə daha sərfəli şərtlər təklif edib. Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 kompleksi almaq arzusu onunla NATO üzrə müttəfiqləri və ABŞ arasında yaranmış fikir ayrılığının əsas mənbəyi sayılır. Buna görə, ABŞ Türkiyəni hətta sanksiyalarla hədələyir. Bu gün isə ABŞ Türkiyəyə S-400 kompleksləri ilə bağlı ultimatum verib. Belə ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson Türkiyənin ABŞ-ın F-35 təyyarələrini əldə etməsi üçün Rusiyanın S-400 komplekslərindən imtina etməli olacağını bildirib. O, iddia edib ki, Rusiya ABŞ və NATO-nun əsas rəqibi olduğu üçün onları zəiflətmək istəyir, bu üzdən Türkiyə ABŞ raketlərinə qarşı yaradılan silahlara malik olmamalıdır. “Seçim sizindir. Ya birini, ya digərini seçməlisiniz”, - deyə o vurğulayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272