DÜNYA

Tramp Tereza Meylə görüşdü
04 İYUN
162

Tramp Tereza Meylə görüşdü

2019-06-04 16:42:00

Böyük Britaniyada rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Tramp İngiltərə Baş Naziri Tereza Mey ilə görüşüb.

Fins.az xəbər verir ki,  tərəflərin danışıqlar prosesində birinci xanım Melaniya Tramp, Prezidentin qızı İvanka və onun administrasiyasının üzvləri, bundan başqa milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton və maliyyə naziri Stiven Mnutsin də iştirak edib. 

Xatırladaq ki, T. Mey mayın 24-də Mühafizəkarlar Partiyası ilə siyasi məsləhətləşmələrdən sonra keçirdiyi mətbuat konfransında ağlayaraq iyunun 7-də rəsmən vəzifəsindən gedəcəyini açıqlayıb. Bu qərara səbəb “Brexit”lə (İngiltərənin Avropa birliyindən çıxmasını nəzərdə tutan saziş) bağlı əldə edilməmiş nəticə olub.

Eyni zamanda, o, Prezident Donal Trampın iyunun 3-nə planlaşdırılmış səfərindən sonra baş nazir və Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən gedəcəyini bildirib.


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269