DÜNYA

ABŞ Bolqarıstana F-16 qırıcıları satacaq
04 İYUN
144

ABŞ Bolqarıstana F-16 qırıcıları satacaq

2019-06-04 11:02:00

ABŞ Bolqarıstana 1,7 milyard dollarlıq F-16 qırıcıları satacaq.

Fins.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun strukturunda olan Müdafiə Əməkdaşlığı üzrə Agentlikdən bildiriblər.

Agentlikdən bildiriblər ki, iki ölkə arasında imzalanan razılaşmanı bu kimi sövdələşmələrin siyasi risklərini qiymətləndirən Dövlət Departamenti təsdiq edib.

Dövlət Departamentinin bəyanatında deyilir: "Təyyarələrin Bolqarıstana satılması ABŞ-ın xarici siyasətinin və milli təhlükəsizliyin məqsədlərinə töhfə verəcək, NATO-nun və ABŞ-ın vacib tərəfdaşının təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır