DÜNYA

ABŞ Çini ticarət danışıqlarını təhrif etməkdə günahlandırıb
04 İYUN
110

ABŞ Çini ticarət danışıqlarını təhrif etməkdə günahlandırıb

2019-06-04 09:36:00

Çin iyunun 2-də "Ağ kitab"da dərc olunan ticarət danışıqlarının tarixini təhrif edir.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi və Maliyyə Nazirliyinin çərşənbə axşamı yaydığı birgə bəyanatda deyilir.

Məlumata görə, orada, xüsusilə bildirilir ki, ABŞ ticarət danışıqlarındakı bütün uğursuzluqlara görə tam məsuliyyət daşıyır, çünki məhz Vaşinqton böyük əmək bahasına ərsəyə gələn razılaşmalardan geri çəkilir.

"Birləşmiş Ştatlar təəssüf edir ki, çinlilər ötən gün dərc olunan "Ağ kitab"da və son açıq bəyanatlarda iki ölkə arasındakı ticarət danışıqlarının mahiyyət və tarixini təhrif edərək, günahı başqasının üzərinə atmaq yolu ilə getdilər", - deyə sənəddə bildirilir.

"Ağ kitab"da deyilir ki, ABŞ ticarət toqquşmalarına təhrik edib və Çinin cavab tədbirləri görməkdən başqa seçimi qalmayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır