DÜNYA

Almaniya şirkəti ABŞ-lı rəqibini 9 milyard avroya alır
04 İYUN
134

Almaniya şirkəti ABŞ-lı rəqibini 9 milyard avroya alır

2019-06-04 08:27:00

Dünyanın qabaqcıl çip istehsalçılarından biri olan Almaniyanın "İnfineon" şirkəti, ABŞ-lı rəqibi "Cypress Semiconductors" şirkətini 9 milyard avroya satın almaq üçün razılaşma imzalayıb.

Fins.az "İnfineon"dan verilən açıqlamaya istinadən xəbər verir ki, "Cypress Semiconductors" Alman şirkətinin bir səhminə 23,85 dollar təklifini qəbul edib.Söz mövzusu təklif, "Cypress Semiconductors"un səhminin 15 Aprel və 28 May tarixlərindəki 30 günlük ortalama qiymətindən 46% yüksəkdir.

Satınalmanın cəmi dəyəri təxminən 9 milyard dollardır. Razılaşma "Cypress Semiconductors"un səhmdarların təsdiqinə təqdim ediləcək.Satınalmanın lazımi icazələr alındıqdan sonra 2019-cu ilin sonu və ya 2020-nin ilk aylarında tamamlanması gözlənilir.Açıqlamaya görə, satınalma avtomobil, sənaye və Əşyaların İnterneti (IoT) kimi yüksək  bazarlarda böyük potensial yaradacaq.

"İnfineon"un 40 min 100 min işçisi var. Frankfurt birjasında səhmləri ticarət olunan şirkətin keçən il satış gəliri 7,6 milyard dollar təşkil edib.Açıqlamadan sonra "İnfineon" şirkətinin səhmləri təxminən 7 % ucuzlaşıb, "Cypress Semiconductors" şirkətinin səhmləri isə təxminən 26% bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır