DÜNYA

Gürcüstanın bu il Rusiyadan idxal edəcəyi təbii qazın həcmi açıqlanıb
24 MAY
194

Gürcüstanın bu il Rusiyadan idxal edəcəyi təbii qazın həcmi açıqlanıb

2019-05-24 14:55:00

Bu il Gürcüstan Rusiyadan 144 mln. kub metr təbii qaz idxal etməyi planlaşdırır.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın bu il üçün yenilənmiş təbii qaz balansına dair sənəddə bildirilib.

Bu həcm Gürcüstanın ümumi təbii qaz idxalının, təxminən, 5,5%-ni təşkil edəcək. Yerdə qalan 94,5% isə Azərbaycandan tədarük olunacaq.

Qeyd edək ki, Gürcüstan və Rusiyanın “Qazprom” şirkəti arasında qaz tədarükü barədə razılıq bu ilin aprelində əldə olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır