DÜNYA

Donald Trampın qolf həvəsi büdcəyə baha başa gəlir
24 MAY
231

Donald Trampın qolf həvəsi büdcəyə baha başa gəlir

2019-05-24 14:41:00

Donald Trampın qolf həvəsi ABŞ Prezidenti olduğu dövrdə dövlətə 100 milyon dollardan çox başa gəlib.

Fins.az Report-a istinadən xəbər verir ki, Prezidentin Florida ştatındakı Mar-a-Laqo kurortunda iqamətgahına və qolf klubuna gedib-gəlməsi üçün xalq 81 milyon dollar, ötən yay Nyu-Cersi ştatındakı Bedminster qolf klubuna tez-tez baş çəkməsinə 17 milyon dollar vəsait ödəyib. 

Həmçinin ötən il dövlət başçısının Los-Ancelesdəki qolf klubuna gedib-gəlməsi 1 milyon dollara, Böyük Britaniyaya səfəri zamanı Şotlandiyadakı qolf klubunda istirahət etməsi də 3 milyon dollara başa gəlib.

Qeyd edək ki, qatı qolf həvəskarı olan Donald Tramp ABŞ və xarici ölkələrdə cəmi 16 qolf klubunun sahibidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264