DÜNYA

Bloomberg, Bezosun var-dövlətini Rockefeller və Vanderbilt-in xəzinəsi ilə müqayisə edib
22 MAY
96

Bloomberg, Bezosun var-dövlətini Rockefeller və Vanderbilt-in xəzinəsi ilə müqayisə edib

2019-05-22 16:15:00

Forbes jurnalının siyahısında birinci olan Jeff Bezos keçmişin zənginləri sırasında pul və nüfuz baxımından geridə qalır. Fins.az xəbər verir ki, Bloomberg-in metodikasına istinadən, o həm də Spartakın üsyanını yatıran Roma konsulundan da aşağıda gəlir.

Dünya tarixinin müxtəlif mərhələlərində pulun məbləği və dəyərini müqayisə edən metodikanın yaradıcılarından biri olan iqtisadçı Samuel Williamson  belə bir nəticəyə gəlib ki, Amazonun rəhbəri Jeff Bezos 117 milyard dollar var-dövlətlə keçmiş dövrün zəngin adamlarından geridə qalır, Bloomberg xəbər verib.

Məsələn, John Rockefeller 1937-ci ildə 1,5 milyard dollara sahib olub. Təkcə inflyasiyanı nəzərə alsaq, o zaman söhbət 26 milyard dollardan gedir. Rockefellerin ABŞ Ümum Daxili Məhsulundan pulunun faizini ( 1,6% ) qiymətləndirsək və bu rəqəmi hazırki vəziyyətlə müqayisə etsək, belə çıxır ki, neft manqatı Bezosdan üç dəfə zəngin olub.

Bu metodika ilə, Williamson belə bir nəticəyə gəlib ki, XX əsrin əvvəllərinin polad manqatı Andrew Carnegie Bill Gates-dən zəngin olub ( 213 milyard dollara qarşı 321 milyard dollar ), XIX əsrin dəmir yolları manqatı Cornelius Vanderbilt Berkshire Hathaway-in yaradıcısı Warren Buffett-dən çox qazanıb ( 93 milyard dollara qarşı 238 milyard dollar ).

Tarixə nəzər salan araşdırma müəllifi, belə qənaətə gəlib ki, ingilis kralı William  the Conqueror-un XI əsrdə yaşamış əmisi oğlu hazırki pulla ümumi məbləği 203 milyard dollar olan torpaq sahibi olub, Spartakın üsyanını yatıran Roma konsulu Marco Craso isə – 210 milyard dollar.

2006-cı ildən pulun dəyərinin hesablanması metodu ilə AŞB, Böyük Britaniya, İspaniya və Avstraliya universitetlərindən olan çoxlu alimlər qrupu məşğul olur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264