DÜNYA

Rusiyada işsizlərdən vergi tutulması məsələsinə baxılıb
22 MAY
147

Rusiyada işsizlərdən vergi tutulması məsələsinə baxılıb

2019-05-22 15:20:00

Rusiya Federasiyasının Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, vergi ödəmək öhdəliyi dövlətin qeyd-şərtsiz tələbi kimi vergi ödəyicilərinin hamısına şamil edilir.Fins.az-ın məlumatına görə, nazirlik fizki şəxslərin əmlak, torpaq və nəqliyyat vergisi və onlara aid güzəştlərin və çıxılmaların müəyyənləşdirilməsi kimi məsələləri nəzərdən keçirib. Baxılan məsələlər arasında işsizlərdən vergi tutulması da yer alıb. Cəmiyyəti maraqlandıran əsas sual bundan ibarət idi ki, əgər belə bir vergi tətbiq ediləcək olsa, onun məbləği necə hesablanacaq. 
Maliyyə Nazirliyinin açıqlamasında göstərilib ki, Rusiya Federasiyası hökumətinin təsdiqlədiyi 2019-cu ilə, eləcə də 2020-2021-ci illəri əhatə edən planlaşdırılmış dövrə aid vergi siyasətinin əsas istiqamətlərində belə bir verginin tətbiqi nəzərdə tutulmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır