DÜNYA

Araşdırma başlanıldı
21 MAY
240

Araşdırma başlanıldı

2019-05-21 17:28:00

Ukraynanın Dövlət Araşdırmaları Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı mümkün dövlətə xəyanət faktı ilə bağlı araşdırmaya başlayıb. Fins.az-ın məlumatına görə, bu barədə büronun direktorunun birinci müavini Olqa Vartsenko feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, söhbət 25 noyabr 2018-ci ildə Ukrayna Hərbi Dəniz Donanmasının gəmilərinin Qara dənizdən Azov dənizinin Kerç boğazına keçidi ilə bağlı insidentdən gedir.

Poroşenko ilə bağlı büroya bir müddət öncə Kiyevə qayıdan Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin keçmiş müavini Andrey Portnov müraciət edib.

O, eks-prezidentin vəzifəsi dövründə ölkədə hərbi vəziyyət tətbiq etməyə çalışmaqla, ukraynalı dənizçiləri Kerç boğazına göndərərək onları qurban verməklə dövlətə xəyanət etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır