DÜNYA

Vahid Ələkbərovun şirkəti bu ölkəyə $7,5 mlrd. sərmayə qoyur
16 MAY
209

Vahid Ələkbərovun şirkəti bu ölkəyə $7,5 mlrd. sərmayə qoyur

2019-05-16 14:55:00

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul edib .Fins.az-ın məlumatına görə, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri, yeni sərmayə proqramlarının və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Ptrezident bildirib ki, Özbəkistanın neft-qaz kompleksi ilə “Lukoyl” şirkəti arasında əlaqələr dinamik inkişaf edir.

 Qeyd olunub ki,  “Lukoyl” Özbəkistandakı birgə layihələrə 7,5 milyard dollar sərmayə yatırır. Kandım qaz emalı kompleksi ötən il layihə gücünə çatdırılıb. “Xauzak”, “Şadı” və Qissarın cənub-qərbindəki yataqlarda isə işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır