DÜNYA

"Huawei"-dən Trampın fərmanına cavab
16 MAY
121

"Huawei"-dən Trampın fərmanına cavab

2019-05-16 10:18:00

Fins.az-ın məlumatına görə, Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.Şirkətdən bildirilib ki, elə tədbirlər ABŞ-da təhlükəsizliyi yaxşılaşdırmayacaq, əksinə, texnologiyaların keyfiyyətinə mənfi təsir edəcək.

"Huawei"in Birləşmiş Ştatlarda fəaliyyətinin məhdudiyyəti ona gətirib çıxaracaq ki, ABŞ (alıcıları) seçimdə məhdudlaşdırılacaq və onlara (istehlakçılara-red) keyfiyyətsiz və daha çox bahalı alternativlərdən istifadə etmək lazım gələcək", - deyə təşkilatın bəyanatında bildirilir.Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyi Çinin "Huawei" şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262