DÜNYA

Trampdan "Huawei" -lə bağlı xüsusi fərman
16 MAY
135

Trampdan "Huawei" -lə bağlı xüsusi fərman

2019-05-16 09:27:00

ABŞ Prezidenti Donald Tramp, ölkədə "milli fövqəladə vəziyyət" elan edib.Fins.az-ın məlumatına görə, Tramp Amerikan şirkətlərinin milli təhlükəsizlik riski təşkil edən şirkətlərə aid telekommunikasiya avadanlıqları istifadə etmələrini qadağan edən bir fərman imzalayıb. Ticarət Nazirliyinə göndərilən fərmanın 150 gün ərzində tətbiqinə başlanması planlaşdırılır. Fərman, Çinin "Huawei" şirkətinin təsirini azaltmaq üçün atılan addımlardan biri olaraq şərh olunur.

Ticarət naziri Wilbur Ross mövzu ilə əlaqədar verdiyi açıqlamada, Fərmanın,"ABŞ-ın məlumat və rabitə texnologiyalarını xarici düşmənlərdən qorumağı" hədəflədiyini söyləyib.Fərmanda hər hansı bir ölkə və ya şirkət adı göstərilməyib, ancaq ABŞ-lı rəsmilər daha əvvəl "Huawei"ni bir "təhdid" olaraq xarakterizə etmiş, müttəfiq ölkələri "Huawei"nin yeni nəsil 5G şəbəkəsindən istifadə etməməyə çağırmışdı."Huawei" tərəfindən istehsal edilən avadanlıqların Çin tərəfindən casusluq məqsədilə istifadə edilə biləcəyini düşünən Vaşinqton rəhbərliyi, Avqust ayında hökumət təşkilatlarının "Huawei" və digər Çin şirkətlərinin məhsullarını istifadə etməsini qadağan edən bir qərar qəbul etmişdi.

"Huawei" Trampın fərmanını tənqid edib/Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.Agentliyin "Twitter"dəki səhifəsində yerləşdirilmiş xəbərində qeyd edilir ki, ABŞ-dakı "əsassız məhdudiyyətlər" onların hüquqlarını pozur.Şirkətdən vurğulayıblar ki, belə tədbirlər ABŞ-da təhlükəsizliyi yaxşılaşdırmayacaq, əksinə, texnologiyaların keyfiyyətinə mənfi təsir edəcək."Huawei"in Birləşmiş Ştatlarda fəaliyyətinin məhdudiyyəti ona gətirib çıxaracaq ki, ABŞ (alıcıları) seçimdə məhdudlaşdırılacaq və onlara (istehlakçılara-red) keyfiyyətsiz və daha çox bahalı alternativlərdən istifadə etmək lazım gələcək", - deyə təşkilatın bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyinin Çinin "Huawei" şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271