DÜNYA

Vergi əməkdaşlarının 30 faizi attestasiyadan keçməyib
15 MAY
190

Vergi əməkdaşlarının 30 faizi attestasiyadan keçməyib

2019-05-15 14:01:00

İndiyədək Özbəkistanın bir neçə vilayətində keçirilmiş attestasiyanın ilkin nəticələrinə əsasən, Dövlət Vergi Komitəsinin əməkdaşlarının yarıdan azı – cəmi 44 faizi attestasiyadan müvəffəqiyyətlə keçib, 30 faizi isə zəruri bilik nümayiş etdirə bilməyib. Fins.az-ın məlumatına görə, Vergi əməkdaşlarının qalan 26 faizi vergi orqanlarında şərti qaydada saxlanılıb – onların da bilik səviyyəsi tam qənaətbəxş olmayıb.

Komitədən bildirilib ki, attestasiya müəyyənləşdirilmiş reqlamentə ciddi əməl olunmaqla aparılır. Əvvəlcədən suallar və cavablar hazırlanaraq hamı üçün açıq korporativ şəbəkədə yerləşdirilib. Attestasiyadan keçən hər bir əməkdaş öz iş profilinə uyğun suallara cavab verib. Bu tədbirin keçirilməsinin məqsədi isə daha yüksək vəzifələrdə işləməyə layiq, ölkənin vergi sisteminə öz töhfəsini verməyə qadir olan peşəkar və savadlı mütəxəssisləri üzə çıxarmaq və fərqləndirməkdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır