DÜNYA

Tramp:" FED faizi endirsə Amerika Çinlə ticarət müharibəsində qalib gələcək"
15 MAY
85

Tramp:" FED faizi endirsə Amerika Çinlə ticarət müharibəsində qalib gələcək"

2019-05-15 09:40:00

Fins.az-ın "bloomberg"-ə istinadən verdiyi məlumata görə, merika prezidenti Donald Tramp Çinin ticarət müharibəsində növbəti hücumunun faiz endirimi olacağını, FED-in də bunu etməli olduğunu bnildirib. Donald Trump tvitter hesabında yayımladığı  açıqlamasında bildirib ki,  "Çin, şirkətlər üçün sistemə pulu nasosla vuracaq və ehtimalla faizləri salacaq. Əgər FED-də bənzər addımı atsa oyun bitər və biz qazanarıq. Çin hər şərtdə bir razılaşma istəyəcək",- qeyd edib. ABŞ ilə Çin arasındakı ticarət müharibəsi sürətlənərək davam edir. Sonuncu dəfə dünən Çin 60 milyard dollarlıq ABŞ məhsuluna vergini yüksəldiləcəyini açıqlamışdır. 

Tramp bu gün erkən saatlarda yazdığı "tweet"lərdə də ABŞ-ın yalnız "möcüzə bir razılaşmanı" qəbul edəcəyini bildirmişdir.FED keçən il faiz dərəcələrini 4 dəfə yüksəltmişdir. Bazarlar bu ilin Oktyabrdan etibarən FED-in faiz endiriməyə başlayacağını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264