DÜNYA

FED rəsmisindən diqqət cəlb edən açıqlama
15 MAY
94

FED rəsmisindən diqqət cəlb edən açıqlama

2019-05-15 09:30:00

Fins.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, FED-in Kanzas City şöbəsinin sədri Esther George , inflyasiyanın Fed-in  2% hədəfinə yüksəltmək üçün ola biləcək bir faiz endiriminə qarşı olduğunu bildirib.O, "Bu vəziyyət qiymətlərdəki "köpükləri" dəstəkləyə bilər, maliyyə balanssızlıqları yarada bilər və nəticə olaraq durğunluq yarada bilər" deyə xəbərdarlıq xarakterli fikirlərini bildirib.Esther George, "Mövcud şərtlərdə, işsizlik nisbətinin olduqca aşağı olması səbəbilə, inflyasiyanın hədəfdən bir az aşağı qalmasına görə narahat olmaq üçün çox az səbəb görürəm" əlavə edib. Esther George, "İnflyasiya səviyyəsi, mərkəzi bankı və maliyyə iştirakçılarını çaşdıra bilər, ancaq böyüyən iqtisadiyyat tərəfindən baxdığımızda Fed-in bir reaksiya verməsini tələb etmir" şəklində danışıb.

Qeyd edək ki, Esther George-ün bu il Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncaqlarında səs vermək hüququna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263