DÜNYA

Putin Pompeo ilə görüşüb
15 MAY
79

Putin Pompeo ilə görüşüb

2019-05-15 09:24:00

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk Pompeo Soçidə keçirilən görüş zamanı İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə ediblər.Amerika xarici siyasət idarəsinin rəhbəri mayın 14-də ilk dəfə Rusiyaya səfər edib. O həmçinin rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb."Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq", — deyə Uşakov bildirib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib."Mən deyərdim ki, bu barədə maraqlı müzakirələr oldu", - deyə Uşakov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263