DÜNYA

OPEC-dən neft istehsalı ilə bağlı yeni qərar
15 MAY
164

OPEC-dən neft istehsalı ilə bağlı yeni qərar

2019-05-15 03:43:00

Fin.az "Bloomberg"-ə istinadən xəbər verir ki, OPEC-in neft istehsalı Apreldə azalıb Volksvagen Touareg Neft İxrac edən Ölkələr Təşkilatının -OPEC -in gündəlik xam neft istehsalı aprel ayında bir əvvəlki ay ilə müqayisədə 3 min barel azalaraq 30 milyon 31 min barel təşkil edib.  OPEC-in aprel ayı məlumatlarının yer aldığı neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı Mart ayı ilə müqayisədə Apreldə gündəlik 70 min barel azalaraq təxminən 98 milyon 821 min barelə geriləyib. Apreldə OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 70 min barel azalaraq 68 milyon 790 min barelə düşüb. OPEC-in gündəlik xam neft istehsalı apreldə mart ayı ilə müqayisədə 3 min barel azalaraq 30 milyon 31 min barelə enib. OPEC-in cəmi qlobal neft hasilatındakı payı 30,4% təşkil edib. Keçən ay OPEC daxilində gündəlik xam neft istehsalını ən çox artıran ölkələr İraq, Nigeriya və Liviya olub. İraqda gündəlik istehsal 113 min barel artımla 4 milyon 630 min barelə yüksəlib. Nigeriyada gündəlik xam neft istehsalı 92 min barel artaraq 1 milyon 819 min barelə, Liviyada isə 71 min barel artaraq 1 milyon 176 min barelə qalxıb.Apreldə gündəlik neft istehsalında OPEC daxilində ən böyük azalma İran, Səudiyyə Ərəbistanı və Anqolada yaşanıb. İranda gündəlik istehsal 164 min barel azalaraq 2 milyon 554 min barelə geriləyib. Səudiyyə Ərəbistanıda gündəlik neft istehsalı 45 min barel azalaraq 9 milyon 742 minbarelə, Anqolada isə 41 min barel azalaraq 1 milyon 413 min barelə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır