DÜNYA

İranlı rəsmidən açıqlama : İran qeyri-neft ixracından qazandığı 40 milyardın 30 milyardı itib
14 MAY
120

İranlı rəsmidən açıqlama : İran qeyri-neft ixracından qazandığı 40 milyardın 30 milyardı itib

2019-05-14 14:27:00

İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini Hüseyn Mir Şucaiyan  bildirib ki, İranın qeyri-neft ixracı üzrə 40 milyard dollar gəlirinin 30 milyard dolları ölkəyə geri qayıtmayıb.İranlı rəsminin  sözlərinə görə, İran hökuməti sanksiyalara görə neft satışında problemlər yaşayır və bu vəziyyətdə xarici ticarətin artması üçün özəl sektor dəstək olmalıdır. Valyuta nağd formada və ya ölkənin tələbatı olan birinci növ məhsullar şəklində ölkəyə geri qayıtmalıdır.“İranın ixracdan əldə etdiyi 40 milyard dolların 30 milyard dolları nə nağd formada, nə də hər hansı məhsul kimi ölkəyə qayıtmayıb”, - deyə nazir müavini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264