DÜNYA

Amerika ilə Çin gərginliyindən sonra Bitkoinin qiymətinə təsirsiz ötüşmədi
14 MAY
108

Amerika ilə Çin gərginliyindən sonra Bitkoinin qiymətinə təsirsiz ötüşmədi

2019-05-14 11:22:00

Günlərdir ABŞ-la Çin arasında davam edən ticarət müharibəsi Bitkoinin kəskin bahalaşması ilə nəticələnib.Fins.az-ın məlumatına görə, Çində sərmayəçilər yuanı Bitkoin və digər valyutalara çevirirlər. 

Məlumata görə, kriptovalyutanın dəyəri son 24 saat ərzində 14 faizdən çox artaraq 8148 dollara qədər yüksəlib.Xatırladaq ki,  ABŞ hökuməti mayın 11-də 300 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb.

Çin hökumət isə ötən gün iyunun 1-dən etibarən ümumi dəyəri 60 milyard dollar olan ABŞ məhsullarına 5-25% gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. Bundan başqa, 2493 məhsul üçün gömrük rüsumu 25% təyin olunacaq. Ümumilikdə isə yeni tariflər 5 min məhsula şamil ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027