DÜNYA

Ərdoğanla Putin arasında telefon danışı
14 MAY
129

Ərdoğanla Putin arasında telefon danışı

2019-05-14 06:32:00

Fins.az-ın məlumatına görə, Kremlin saytında bildirilir ki,Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Qeyd olunur ki,  ki, tərəflər Suriyadakı vəziyyəti, eləcə də, İdlibin gərginlik zonasındakı şəraiti müzakirə ediblər.

"Suriya nizamlanmasının müxtəlif aspektləri üzrə hərbi idarələr də daxil olmaqla, Rusiya və Türkiyə arasında bundan sonra da səylərin sıx əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Putin və Ərdoğan söhbət zamanı ikitərəfli münasibətlərin gündəlikdə duran aktual məsələlərinə, həmçinin bir sıra beynəlxalq problemlərə toxunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257