DÜNYA

Çoxuşaqlı ailələrə vergi güzəşti ediləcək
13 MAY
155

Çoxuşaqlı ailələrə vergi güzəşti ediləcək

2019-05-13 13:58:00

Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, 2020-ci ildən çoxuşaqlı ailələr daha az vergi ödəyə biləcəklər. Məlumatda bildirilir ki, nəzərdə tutulan dəyişikliyə görə, çoxuşaqlı ailələrin aylıq gəlirinin 23 AHG (aylıq hesab göstəricisi) hissəsindən, başqa sözlə, 58.075 tenge (257 manat) vəsaitdən vergi tutulmayacaq. Bu, ailədə valideynlərdən biri işləyirsə, onun gəlirinə aiddir, əgər hər iki valideyn işləyirsə, onların hər birinin aylıq gəlirinin 12 AHG hissəsi və ya 30.300 tenge (134 manat) vergidən azad ediləcək. Bu güzəşti almaq üçün hər iki valideynin birlikdə illik gəliri 282 AHG-dən (712.500 tenge – 3156 manat) artıq olmamalıdır.

Vergi güzəşti təqvim ili üzrə yanvarın 1-dək dörd və daha artıq uşağı olan ailələrə şamil ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257