DÜNYA

Maliyyə nazirinin sabiq müavini 15 il həbs cəzasına məhkum edilib
13 MAY
176

Maliyyə nazirinin sabiq müavini 15 il həbs cəzasına məhkum edilib

2019-05-13 13:46:00

Fins.az-ın məlumatına görə, Çin paytaxtının orta pilləli ikinci məhkəməsi ölkənin maliyyə nazirinin sabiq müavini Çjan Şaoçunu korrupsiya işi üzrə təqsirkar bilərək 15 il həbs cəzasına məhkum edib.Hökmə əsasən, məhkum 6 milyon yuan (882 min dollar) həcmində cərimə ödəməli, həmçinin əmlakı və gəlirləri dövlətin xeyrinə müsadirə olunmalıdır.

Sabiq nazir müavini müxtəlif postlarda çalışdığı 1995-2018-ci illərdə üçüncü şəxsin xeyrinə səlahiyyətindən sui-istifadə edib. İstintaqın məlumatına görə, məmur ümumi həcmi 66,98 milyon yuan (təxminən 9,85 milyon dollar) olan əmlakı və pul vəsaitini mənimsəyib.

Çjan Şaoçun 1988 ildən Maliyyə Nazirliyində işləyib. 2006-cı ildə nazir müavini vəzifəsini tutub. Ötən ilin mayında onun barəsində partiyadaxili təhqiqat başlayıb. Həmin ilin sentyabrında korrupsiyaya və intizamsızlığa görə Kommunist partiyasından uzaqlaşdırılıb.

Çində 2012-ci ildə Si Cinpinin başçılığı ilə “beşinci nəsil” rəhbərliyinin hakimiyyətə gəlməsindən sonra ölkədə korrupsiyaya qarşı mübarizə kəskinləşib. Korrupsiya üzrə miqyaslı kampaniya nəticəsində son bir neçə ildə ölkədə nəinki sıravi məmurlar, o cümlədən yüksək vəzifəli rəsmi şəxslər də postlarından məhrum olub və həbsxanalara göndərilib. Statistikaya əsasən, partiya intizamının pozulmasına və korrupsiyaya görə təkcə 2017-ci ildə 159 mindən çox insan cəzalandırılıb. Bu ilin martında isə ölkədə korrupsiya ilə mübarizə üçün geniş səlahiyyətlər verilən yeni qurum – Dövlət Nəzarət Komitəsi yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262