DÜNYA

Beynəlxalq Valyuta Fondundan İordaniya ilə bağlı yeni qərar
13 MAY
123

Beynəlxalq Valyuta Fondundan İordaniya ilə bağlı yeni qərar

2019-05-13 09:55:00

Beynəlxalq Valyuta Fondu  İordaniyanın iqtisadi vəziyyəti ilə bağlı hesabatını ikinci dəfə nəzərdən keçirərək hökumətin gəlir vergisini yenidən tənzimləməli olduğunu tövsiyə edib. Fins.a xəbər verir ki, beynəlxalq Valyuta Fondu  bununla 2018-ci ildə ictimaiyyətin etirazına səbəb olmuş vergi islahatını yenidən gündəliyə gətirib. İordaniyanı gəlir vergisini yenidən tənzimləmyə təşviq edən BVF bunun ölkənin maliyyə siyasətinə ədalət və sabitlik gətirəcəyini bildirib. BVF-nin hesabatında iş xərclərini azaltmaq üçün struktur tənzimləməyə ehtiyac olduğu bildirilərək sərmayələrin artırılması yolu ilə yeni məşğulluq sahələrinin yaradılmasının zəruriliyi vurğulanıb.

İordaniyanın mərhələli və davamlı maliyyə böhranı içində olmasını "kritik" qiymətləndirən BVF diqqəti səhiyyə, təhsil və sosial xərcləmələr üçün gəlir vergisi ilə bağlı islahat aparmasına yönəldib. İordaniya ilə BVF arasında həyata keçirilən proqramın əsas hədəfi kreditin qarşılığı olaraq ölkənin maliyyə islahatları aparmaqla dövlət borcunu azaltması və struktur islahatlara getməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır