DÜNYA

Pakistan Beynəlxalq Valyuta Fondu ilə xilastmə sazişi imzalayıb
13 MAY
70

Pakistan Beynəlxalq Valyuta Fondu ilə xilastmə sazişi imzalayıb

2019-05-13 09:34:00

Pakistanın Maliyyə naziri Abdul Hafiz Şaiq, BVF ilə 6 milyard dollarlıq xilasetmə paketi üzrə razılaşdıqlarını bildirib. Fins.az  xəbər verir ki, dövlət televiziyası PTV-də çıxış etmiş Şaiq, razılaşmanın 3 illik bir dövrü əhatə edəcəyini söyləyib. 

BVF ilə aparılan danışıqlarda 700 milyard Pakistan rupisi məbləğindəki vergi güzəştlərinin ləğv edilməsi razılaşdırılıb.İki tərəf ilk olaraq gələn maliyyə ilində yaranacağı gözlənilən 11 milyard dollarlıq kəsirin bağlanılması üzərində çalışacaq.Pakistan gələn il elektrik və qaz qiymətlərində də artım edəcək.

 Pakistan Milli Elektrik Enerjisi Şirkətinin özəlləşdirilməsi də BVF ilə razılaşdırılıb. Dövlətin şirkət üzərindəki təsiri minimuma endiriləcək.Cari kəsiri 8 milyard dollara salmaq sözü verən Pakistan hökuməti xərcləri də azaldacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262