DÜNYA

İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
12 MAY
195

İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib

2019-05-12 19:19:00

“Əgər Vaşinqton konkret güc tətbiq etsə, İran ABŞ-a başından zərbə endirəcək”.Fins.az xəbər verir ki, belə bir açıqlama ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmir-Əli Hacızadə çıxış edib. O qeyd edib ki, amerikalı hərbçilərin regionda mövcudluğu ciddi təhlükə yarada bilər. Qeyd edək ki, bir həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan etmişdi ki, Ştatlar İran sahillərinə “Avraam Linkoln” aviasiya zərbə və operativ aviasiya bombardıman qrupunu göndərəcək. Onun sözlərinə görə, bu, İran rejiminə açıq siqnal olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262