DÜNYA

Oliqarxlar hansı naziri saxlamağı məsləhət gördü ?
09 MAY
298

Oliqarxlar hansı naziri saxlamağı məsləhət gördü ?

2019-05-09 23:00:00

Müvəqqəti olaraq İsraildə yaşayan ukraynalı biznesmen İqor Kolomoyski yeni prezident seçilən Vladimir Zelenskinin başçılığı altında indiki hökumətdən yalnız bir naziri – daxili işlər naziri Arsen Avakovu fərqləndirdiyini bildirib. Fins.az xəbər verir ki, bu barədə Kolomoyski “Bigus.info” saytına müsahibəsində deyib. “Arsen Avakov hökumətdə qalmalıdır. Ölkədə nə baş verirsə versin, o, fundamentdir. Onun ölkədə sabitlik amili olduğunu düşünürəm”, - deyə Kolomoyski qeyd edib.

Konstitusiyaya əsasən, Prezident baş nazir, müdafiə naziri və xarici işlər nazirinin namizədliyini Radaya təqdim edir. Onların hamısını Ali Rada təsdiqləyir. Qalan nazir postlarına namizədləri deputatlara artıq baş nazirin özü təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257