DÜNYA

Prezident cangüdənini ölkə kəşfiyyatına rəhbər gətirdi
09 MAY
244

Prezident cangüdənini ölkə kəşfiyyatına rəhbər gətirdi

2019-05-09 22:33:00

Braziliya prezidenti Jair Bolsonaru ötən il bu posta seçildikdən sonra onun mühafizəsini təmin edən Federal polis əməkdaşı Aleşandre Ramajenə yüksək vəzifə həvalə edib.Fins.az xəbər verir ki, keçmiş cangüdən Milli Kəşfiyyat Agentliyinə direktor təyin edilib. 

Rodriqes 2007-ci ildən bəri Milli Kəşfiyyat Agentliyində çalışmadan kəşfiyyata rəhbərlik edəcək ilk şəxs olacaq. Bu kadr dəyişikiyinin dövlət başçısının şəxsi qərarı olduğu vurğulanır. 

Analitiklərin fikrincə, bu cür kadr dəyişikliyi kəşfiyyat cəmiyyətində Bolsonaruya artan etimadsızlığın sübutudur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257