DÜNYA

Ruhanidən nüvə müqaviləsi ilə bağlı önəmli qərar
08 MAY
146

Ruhanidən nüvə müqaviləsi ilə bağlı önəmli qərar

2019-05-08 15:54:00

Rəsmi Tehran nüvə müqaviləsində nəzərdə tutulmuş bəzi öhdəlikləri yerinə yetirməkdən imtina etdiyini açıqlayıb.Fins.az-ın xəbərinə görə, bu barədə İran prezidenti Həsən Ruhaninin Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyanın Tehrandakı səfirlərinə göndərdiyi məktubda qeyd olunub. Buna səbəb kimi ABŞ-ın Ortaq Kompleks Tədbirlər Planından  çıxdığını elan etməsi və rəsmi Vaşinqton tərəfindən antiiran sanksiyalarının tətbiq olunması göstərilir.

Ruhani IFAP-la bağlı danışıqların aparılması üçün avropalı tərəfdaşlarına 60 gün vaxt verdiyini bəyan edib: “İran bu müddət ərzində ağır su və zənginləşdirilmiş uranı satmağı dayandırır. Əgər göstərilən vaxt ərzində heç bir razılaşma əldə edilməsə, Tehran aşağı səviyyəli uran zənginləşdirilməsi proqramını davam etdirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264