DÜNYA

Trampı sanksiyaların arxasında gizlənməyə nə vadar edir?
08 MAY
127

Trampı sanksiyaların arxasında gizlənməyə nə vadar edir?

2019-05-08 15:33:00

Fins.az "Bloomerg"ə istinadən məlumat verir ki, Ümumiyyətlə prezident Tramp Amerikanı dünya polisi rolundan xilas etmək istəyirdi. Ancaq bu gün ABŞ bir neçə münaqişə ocağında vəziyyəti daha da gərginləşdirir. Bu qəbildən olan sonuncu nümunə İrandır.Strateji qərarlarından biri Sakit okean regionuna dönüş olan Barak Obama hökumətindən fərqli olaraq Tramp hökuməti öz prioritetlərini qoyub. Xüsusilə administrasiya İranın ən böyük təhlükə hesab edildiyi İsrailin regional siyasəti ilə yaxınlıq tapıb. Aprelin ortası məqsədyönlü eskalasiya çərçivəsində ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı elan edib. Bundan dərhal sonra Vaşinqton mayın əvvəlində İrandan neft ixracını tamamilə dayandırmaq istədiyini bildirib. Nəticədə Tehrandan neft almağa davam edən ölkələr Amerika sanksiyalarına məruz qalacaqlar. İndi isə bu tendensiya ilk dəfə Amerika ordusunun böyük hərbi hissələrinin köçürülməsinə gəlib çıxıb. Bazar günü axşam saatlarında milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton “Abraham Lincoln” hücum qrupunun, habelə operativ bombardmançı qrupun regiona göndərildiyini bildirib

Bolton bunu qeyd etməsə də, aydındır ki, Amerikanın atdığı bu addım Tehranın Fars və Oman körfəzləri arasında Hörmüz boğazı vasitəsilə gəmiçilik yolunu bağlamaq təhdidinə reaksiyadır. Bu boğaz tankerlərlə neft nəqli üçün böyük əhəmiyyət kəsb edir. Dünya üzrə ümumi neft həcminən təxminən üçdə bir hissəsi bu dar su zolağının payına düşür. Onun bağlanması, şübhəsiz, bütün neft bazarlarında qiymətin kəskin şəkildə artmasına səbəb olacaq.

Əvvəllər Tehran dəfələrlə bu yola hücumla təhdid edib. Mövcudluğunun əsasını sual altına alındığını görən rejim, aydındır ki, böyük risklərə hazır olub. Amma silahlı münaqişə ikiağızlı xəncərdir. Xarici düşmənlə qarşıdurma birliyə səbəb olsa da, eyni zamanda mövcud nizamı poza bilər.

Jurnalist qeyd edir ki, başlanğıcda Tramp sonu görünməyən müharibələri dayandırmaq və ABŞ-ın əynindəki dünya polisi formasını çıxartmaq istəyirdi. Ancaq indi o, deyəsən, bir-birindən on min kilometr uzaqda yerləşən bir neçə münaqişə ocağında gərginliyi artırmağa hazırdır. İstər Şimali Koreya olsun, istər Venesuela və bununla əlaqədar Kuba, istərsə də İran: Amerika siyasətinin arxasında hər hansı strategiyanın gizləndiyi, yoxsa onun taktiki manevrlərinin arzuolunmaz yan effektləri ilə qarşılaşdığı həmişə aydın olmur.

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Syuzan Rays  “The New York Times” qəzeti üçün məqaləsində ehtimal edir ki, Trampın baza elektoratı həmişə əldə saxlamağa çalışması onun xarici siyasətinin əsas hərəkətverici qüvvəsidir.Əlbəttə, bu, yeni qınaq deyil və o, tez-tez keçmiş hökumətlərin də zəif damarını tutub.Trampın halını xüsusiləşdirən isə göstərişlərin polifoniyasıdır: çox vaxt istiqaməti əslində kimin təyin etdiyi aydın olmur

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262