DÜNYA

Bitcoin ilin rekorduna imza atıb
23 APREL
245

Bitcoin ilin rekorduna imza atıb

2019-04-23 17:48:00

“Bitcoin” aprelin 23-ü 5500 dollar həddini aşıb. “Coindesk”-in analitiki Omkar Qodboul (Omkar Godbole) qeyd edib ki, kriptovalyutanın “RSI” indeksi əsas 53000-55000 müqavimət diapazonundan yuxarıda yerləşib. Bu da uzunmüddətli “öküz” dönüşünü təsdiqləyir.Fins.az  xəbər verir ki, “RBC” agentliyi ekspertə istinadən məlumat verir ki, əsas rəqəmsal valyuta yaxın aylarda 6000 dollaradək bahalaşa bilər.

“NewsBtc”-in analitiki Ayaş Cindal (Ayash Jindal) da “öküz” yarışının başlaya biləcəyini təsdiqləyib. O, “BTC”-nin 5800 və 6000 dollaradək artacağını ehtimal edir. Bir müddət öncə “CryptoChartsJoe” rəqəmsal sənayenin icmalçısı ilk kriptovalyutanın gələcəyi ilə bağlı bir qədər fərqli inkişaf ssenarisi proqnozlaşdırıb. O, “bitcoin”-in 4000 dollara enə və avqustadək bu diapazonda qala biləcəyini hesab edir. Ancaq mütəxəssisin sözlərinə görə, enişdən sonra məzənnə yüksələcək, “öküz” yarışı 105 gündən sonra başlayacaq.

Bu gün ilk kriptovalyutanın ardınca altcoinlər də yüksəlməyə başlayıb. 2,66% bahalaşan “Ethereum” hazırda 174 dollardır. “ Bitcoin Cash” 5,7% artaraq 305 dollara çatıb. Ötən sutka ərzində “XRR”-in məzənnəsində demək olar heç bir dəyişiklik baş verməyib. O, 0,01% ucuzlaşaraq 0,32 dollara enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271