DÜNYA

Avropa Birliyi Ukraynada kimi prezident görmək istəyir?
21 APREL
289

Avropa Birliyi Ukraynada kimi prezident görmək istəyir?

2019-04-21 11:23:00

Birinci mərhələdən öncə Ukrayna prezident seçkilərini AB-də nəinki məmurlar, eyni zamanda deputatlar, hətta ekspertlər də son dərəcə ehtiyatla şərh ediblər. Onlar qeyd ediblər ki, bu, ancaq ukraynalıların işidir və namizədlərin adını mümkün olduğu qədər az çəkməyə çalışıblar. Avropalı deputatlar aprelin 21-nə planlaşdırılan ikinci turu daha həvəslə şərh ediblər. Birinci mərhələdən sonra çox az şey dəyişib. Avropa Xalq Partiyasından avrodeputat Eduard Kukan (Eduard Kukan) etiraf edir ki, Zelenskinin adı daha çox tanınıb. Kukanı Zelenskinin oliqarx İqor Kolomoyski ilə mümkün əlaqələri narahat edir. Sosial-demokrat Kati Piri (Kati Piri) Zelensikinin jurnalistlərlə az ünsiyyətdə olmasını, mətbuat konfransı keçirməməsini və kampaniyasını əsasən sosial-şəbəkələrdə aparmasını “müasir popuzlim” adlandırır. Nəticədə Zelenski ən müxtəlif seçici qrupunun dəstəyini qazana bilib. “Lakin o, siyasətinin detallarını formalaşdırmağa başladığı an bu seçicilərin bir hissəsini itirməyə başlayacaq”, - Avropa Parlamentinin Ukrayna ilə assosiasiya üzrə nümayəndə heyətinin üzvü Piri deyib. AB, Rusiya və ölkədəki əsas islahatlarla bağlı Zelenskinin mövqeyi Pitini çox maraqlandırır. Avropa Parlamentində Ukrayna üzrə solçu fraksiyanın spikeri deputat Helmut Şolts (Helmut Scholz) Ukraynadakı vəziyyəti daha qətiyyətlə şərh edib: “Poroşenko 2014-cü ildə seçilməyinə səbəb olan işləri görməyib, irəliləyişə nail olmayıb”. Bu zaman Şolts Zelenski ilə bağlı şübhələrini də gizlətməyib: “Onun həqiqətən insanların ümid etdiyi yeniliyi təcəssüm edib etmədiyini bilmirəm”. Məqalədə deyilir ki, birinci mərhələdən sonra Ukraynada seçki kampaniyasının gedişatı Brüsseli məyus edib. “Vətəndaşlar əsasən korrupsiya və siyasətçilərə inamın olmamasından narazıdır”, - deyə Kati Piri qeyd edir. Və namizədlər seçkiqabağı mübarizədə çirkli metodlara əl atdıqda əhali arasındakı bu əhval-ruhiyyə öz təsdiqini tapır. Poroşenko bazar günü Olimpiya stadionunda baş tutan çıxışı zamanı bildirib ki, Ukraynanın 2023-cü ilədək AB-nin üzvlük meyarlarına cavab verməsi və NATO-da üzvlüklə bağlı fəaliyyət planı imzalaması tamamilə realdır. AB siyasətçiləri bunun nə qədər real olduğunu soruşduqda, onların siyasətçiliyi yox olur. “Xeyr. Bu, tamamilə yerinə yetirilə bilməz”, - Kati Piri deyir. O, xatırladır ki, Ukrayna nəinki üzvlüyə namizəd deyil, üstəlik AB daxilində ona bu statusu vermək istəməyən çoxlu rəqibi var. Əlbəttə, Brüssel Ukraynada ölkəni avrointeqrasiya yolu ilə aparan prezident görmək istəyir. “Biz islahatçı prezident istərdik. Bu, onun Ukraynanı AB və NATO üzvü etmək istəyib istəməməsindən daha vacib məsələdir”. Brüsseldə Ukrayna vətəndaşlarının dəstəklədiyi, həmçinin “ölkədə islahatlar aparan, məhkəmə sisteminə qarışmayan, oliqarxların mütləq hakimiyyətini müdafiə etməyən və həqiqətən korrupsiya ilə mübarizə aparan” prezident görmək istəyirlər. “

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271