DÜNYA

Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir
21 APREL
271

Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir

2019-04-21 11:05:00

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir. Fins.az-ın məlumatına görə, prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Petro Poroşenko və şoumen Vladimir Zelenski mübarizə aparacaq. Qeyd edək ki, martın 31-də keçirilən prezident seçkilərinin birinci turunda seçici fəallığı 63,48 faiz olub. Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib. Prezidentliyə namizədlər Vladimir Zelenski seçicilərin 30,24 faizinin (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95 faizinin (3 014 523 nəfər) səsini toplayaraq ikinci turda mübarizə aparmaq hüququ qazanıblar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271