DÜNYA

Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu - Siyahıda daha 4 nəfər var
18 APREL
706

Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu - Siyahıda daha 4 nəfər var

2019-04-18 16:14:00

Prezident Rəcəb Tayyib Ərdoğan 5 Yəmən vətəndaşının Türkiyədəki bank hesablarının dondurulması haqqında fərman imzalayıb.  Fins.az-ın məlumatına görə  Erdoğanının bu barədə fərmanı “Rəsmi qəzet” nəşrində dərc olunub.

Siyahıda Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh olmaqla, “Husi” qruplaşmasının hərbi komandiri Əbül Xaliq əl-Husi, “Husi” inqilabçılarının ikinci komandiri Abdullah Yəhya əl-Hakim, Yəməndə qiyamçı zeyditlərin rəhbəri Əbdülmalik əl-Husi, keçmiş səfir və briqada generalı Əhməd Əli Abdullah Saleh yer alıb. Qərar 26.02.2020-ci ilə qədər qüvvədə olacaq.

Qeyd edəki, 34 il Yəməni idarə edən 75 yaşlı Əli Abdullah Saleh 2017-ci ilin dekabrında paytaxt Sənada döyüşlər zamanı öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264