DÜNYA

Bu ölkəyə istehlak vergisinin dərəcəsini artırmaq tövsiyə edilib
18 APREL
149

Bu ölkəyə istehlak vergisinin dərəcəsini artırmaq tövsiyə edilib

2019-04-18 14:43:00

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Yaponiyaya maliyyə sabitliyinin qorunması və dövlət borcunun azaldılması üçün istehlak vergisinin dərəcəsini artırmağı məsləhət görüb: Fins.az-ın məlumatına görə, bu verginin dərəcəsi hazırda Yaponiyada 8 faiz təşkil edir. "Yetərli büdcə profisitinə yalnız istehlak vergisi ilə nail olmaq üçün istehlak vergisinin dərəcəsini 20-26 faizə çatdırmaq lazımdır ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə 19 faizlik orta göstəricidən yuxarıdır", - təşkilatın hesabatında göstərilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspertləri hesab edirlər ki, Yaponiya işçi qüvvəsinin çatışmamasına və vətəndaşların tədricən yaşlanmasına görə böyük problemlərlə qarşılaşır. Ona görə də dövlət xəzinəsinə daxilolmaların sabitliyini əsas etibarilə yığımların səviyyəsini artırmaqla mümkündür. Bununla belə, indiki halda Yaponiyada istehlak vergisinin dərəcəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında ən aşağıdır, dövlət borcunun səviyyəsi isə ümumi daxili məhsuldan əhəmiyyətli dərəcədə yüksəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271