DÜNYA

Amerikanın ticarət balansında kəsirlə bağlı açıqlama
18 APREL
121

Amerikanın ticarət balansında kəsirlə bağlı açıqlama

2019-04-18 13:35:00

2019-cu ilin fevral ayında ABŞ-ın xarici ticarət balansında kəsir 3,4 faiz azalaraq 49,4 milyard dollara bərabər olub. Bu, 2018-ci ilin iyun ayından bəri ən aşağı göstəricidir.Fins.az-ın məlumatına görə,bu rəqəmlər ABŞ Ticarət Nazirliyi nəzdində Siyahıyaalma Bürosunun və İqtisadi Təhlil Bürosunun birgə hesabatında göstərilir. Xarici ticarət balansında kəsirin azalması ABŞ-dan ixracın 1,1 faiz artaraq 209,7 milyard dollara çatması, idxalın isə cəmi 0,2 faiz artaraq 259,1 milyard dollara bərabər olması ilə bağlıdır. Əmtəə və xidmətlər ixracı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz azalaraq 8,3 milyard dollara düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271