DÜNYA

İqtisadi böhran Ərdoğanın nüfuzuna təsir edir?
18 APREL
153

İqtisadi böhran Ərdoğanın nüfuzuna təsir edir?

2019-04-18 13:13:00

Fins.az-ın məlumatına görə,2019-cu  ilin yanvar ayında milli valyutanın dəyər itirməsi milyonlarla türk vətəndaşının iqtisadi durumuna pis təsir edib. Devalvasiya ilk növbədə meyvə-tərəvəzin qiymətində kəskin artıma səbəb olub.2017-ci ilin sonundan bəri türk lirəsi demək olar 30% dəyər itirib. Türkiyədə vətəndaşların çoxu hələ də prezident Rəcəb Tayyip Ərdoğan və onun hökumətinə inanır. Ancaq seçicilərin onlara rəğbəti, deyəsən, bir qədər azalır.

Bələdiyyə seçkilərində hakim “Ədalət və İnkişaf Parsiyası” ölkənin iki böyük şəhəri – İstanbul və Ankarada müxalifətə uduzub. Ekspertlər AKP-nin seçkilərdə pis nəticə göstərməsinin səbəbini iqtisadi problemlərdə görürlər.Ərdoğan “ərzaq terror”una görə müəyyən “qara qüvvələrin” məsuliyyət daşıdığını deyir. Guya spekulyantlar soğanın qiymətini artırmaq üçün onu anbarlarda saxlayırlar. Bəzi ekspertlər iddia edir ki, ərzaq məhsulları bazarındakı inflyasiya süni şəkildə yaradılır. AKP iqtisadiyyatı dəstəkləmək üçün illərlə tikinti sahəsinə aktiv şəkildə vəsait yatırıb, digər sektorlara məhəl qoymayıb.

“İqtisadi siyasət möhkəm və gələcəyə yönəlik olmayıb”, - beynəlxalq iqtisadi münasibətlər üzrə eskpert, Almaniyanın Konstans şəhərindən professor Erdal Yalçın deyir. Onun sözlərinə görə, infrastrukturun inkişafına külli miqdarda pul xərclənib, bununla yanaşı uzun illər əmək məhsuldarlığında artıma nail olmaq mümkün olmayıb.Yalçın qeyd edir ki, bu strategiyanın müvəffəqiyyətsizliyi ən çox aqrar sektorda özünü göstərir: “Türkiyə məhsuldar kənd təsərrüfatı üçün ideal iqlim şəraitinə sahibdir. Ancaq meyvə-tərəvəzi idxal etmək lazım gəlir, çünki aqrar sektora çox az investisiya edilib”.

Lirənin devalvasiyası (hazırda avro ilə dollar üç il əvvəlki vəziyyətlə müqayisədə iki dəfə bahalanıb) bir çox türk müəssisəsinə böyük problemlər yaradır. Şirkətlər xarici investorlar qarşısında götürdükləri kredit öhdəliklərini ödəmək üçün lirə ilə daha çox vəsait xərcləməli olurlar. Lakin kredit ödəmələrinin artmasına həm də beynəlxalq investorların risklərə daha diqqətli yanaşması səbəb olub. Professor Yalçının fikrincə, bu, onunla əlaqədardır ki, Türkiyədə hüquqi təminatlar getdikcə azalıb, ölkə beynəlxalq arenada problemli tərəfdaşa çevrilib.

Ötən ilin dördüncü rübündə Türkiyə ÜDM-i 2,5% aşağı düşüb. Son on ildə ilk dəfə ölkədə resessiya qeydə alınıb. Milli Statistika İdarəsinin məlumatına əsasən, ötən ilin dekabr ayından bu ilin fevral ayınadək işsizlik səviyyəsi on ilin rekorduna imza atıb: 14,7%. Gənclər arasında bu göstərici demək olar 27%-ə çatıb.Yalçın hesab edir ki, struktur islahatlar nəticəsində əmək məhsuldarlığının artması iqtisadi böhrandan çıxış ola bilər. Amma bu islahatlar Türkiyə vətəndaşlarının çoxunu çətin vəziyyətə sala bilər.

Professorun fikrincə, bu cür islahatların həyata keçiriləcəyi təqdirdə gəlirsiz müəssisələr iflas olacaq, istehlak zəifləyəcək, işsizlik isə müvəqqəti artacaq. Bu da hamısı deyil: keçid dövründə Ankara beynəlxalq kreditorlardan, ideal halda Beynəlxalq Valyuta Fondundan yardım proqmı istəməli olacaq.Ərdoğan tez-tez BVF haqqında xoşagəlməz fikirlər səsləndirir. Ümumiyyətlə, prezident istənilən xarici müdaxilədən ehtiyatlanır. Bundan başqa, sərt iqtisadi siyasət həyata keçirilsə, onun populyarlığı daha da zəifləyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263