DÜNYA

Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb
17 APREL
384

Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb

2019-04-17 12:21:00

Yanğından zərər çəkən Paris Notr-Dam kilsəsinin bərpası üçün yığılan ianənin məbləği 1 milyard avroya çatıb. Fins.az  “Le Parisien” qəzetinə istinadən  xəbər verir ki, ianə əsasən iri kompaniyalar və biznesmenlər, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi 4 ictimai fond tərəfindən ödənilir. Qurumun rəhbəri Frank Riester özünün “Twitter” səhifəsində kilsənin bərpasına ianə köçürülməsi üçün internet portalın işə salındığını yazıb.

Xatırladaq ki, Parisin simvollarından biri sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb və təqribən 9 saata yaxın davam edib. Hadisənin kilsənin yuxarı mərtəbələrində aparılan bərpa işlərindən qaynaqlandığı ehtimal olunur.

Yanğın kilsənin şpilini, saatı və damin böyük hissəsini məhv edib. Fransa hakimiyyəti, biznesmenlər, ictimai təşkilatlar, tarixi abidələrin qorunması üzrə cəmiyyətlər kilsənin bərpası üçün ləngimədən vəsait toplamağa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264