DÜNYA

57 milyon avro cərimə
17 APREL
67

57 milyon avro cərimə

2019-04-17 11:32:00

İspaniyada işləyən iri tütün şirkətləri məxfi məlumatların qeyri-qanuni mübadiləsinə görə 57,7 milyon avro cərimələniblər.

Cərimə tətbiq edilmiş şirkətlər arasında “Philip Morris”, “Altadis” və “JT Internacional Iberia” da var. İspaniya hökumətinin məlumatına görə, adıçəkilən şirkətlər tərəfindən müxtəlif əyalətlərdəki istehlakçılar haqqında, habelə tütün məmulatlarına tələbat barədə məxfi məlumatların mübadiləsi nəticəsində 2008-2017-ci illərdə bazarda haqsız rəqabət yaranıb.

Xəbəri “Euronews” verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266