DÜNYA

NATO Rusiyaya cavab verib
17 APREL
274

NATO Rusiyaya cavab verib

2019-04-17 09:56:00

NATO Rusiyanın alyans ilə Moskvanın əməkdaşlığı tamamilə dayandırması ilə bağlı bəyanatını təkzib edib. Fins.az xəbər verir ki,  NATO nun mətbuat katibi bu barədə bəyanat verib. “NATO-nun mövqeyi dəyişməyib. Rusiyaya münasibətdə alyans ikivektorlu siyasət sərgiləyir: ciddi dialoq saxlayaraq, güclü müqavimət və müdafiə siyasəti yürüdür”, - NATO-nun mətbuat katibi Oana Lungeskunun (Oana Lungesku) 16 aprel tarixli bəyanatında deyilir.

NATO rəsmisi xatırladıb ki, ötən ilin iyul ayında Brüssel sammitində NATO üzvləri Rusiyanın davranışında “Moskvanın beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə əməl etdiyini göstərən aşkar, konstruktiv dəyişikliklər baş verməyənədək” Rusiyanın geri qayıtmasının mümkün olmadığını qeyd ediblər.

“Məqsədlərimizi daya aydın təyin etmək, riskləri azaltmaq və şəffaflığı artırmaq üçün NATO Rusiya ilə dialoqu dəstəkləyir”, - deyə Lungesku bildirib. Alyansın nümayəndəsi qeyd edib ki, NATO müxtəlif səviyyələrdə Rusiya ilə dialoqu davam etdirir. O, nümunə kimi sonuncusu yanvar ayında baş tutan NATO Şurası ilə Rusiyanın, habelə sonuncusu cari ilin mart ayında Münhendə keçirilən NATO-nun baş katibi Yens Stoltenberqlə (Jens Stoltenberg) Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşlərini göstərib.

“NATO baş katibinin müavini rusiyalı diplomatlarla mütəmadi olaraq dialoqu davam etdirir. Biz həmçinin hərbi rabitə kanallarını da saxlayırıq. NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin  Ali Baş Komandanı, NATO hərbi komitəsinin sədri Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə birbaşa əlaqə saxlayır. Məsələn, general Skaparrotti (Mike Scaparrotti) dekabrda general Gerasimovla görüşüb”, - deyə Lungesku xatırladıb.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266