DÜNYA

Fransalı milyarder "Notr-Dam-de-Pari" kilsəsinin bərpası üçün 100 milyon avro bağışlayıb
16 APREL
122

Fransalı milyarder "Notr-Dam-de-Pari" kilsəsinin bərpası üçün 100 milyon avro bağışlayıb

2019-04-16 12:11:00

Fransalı biznesmen Fransua-Anri Pino güclü yanğından zərər görmüş "Notr-Dam-de-Pari" kilsəsinin bərpası üçün 100 milyon avro bağışlayıb.

"Bu, bütün fransızlara acı verən faciədir. Hər kəs bizim ümumi irsimizin bu xəzinəsinin mümkün qədər tez bərpa edilməsini istəyir", - Fransua-Anri Pino deyib.

Vəsait milyarderə məxsus "Artemis" şirkəti tərəfindən ayrılacaq.

İl-de-Frans regionunun başçısı həmçinin qeyd edib ki, yanğının baş verdiyi kilsəyə təcili yardım üçün 10 milyon avro ayrılacaq.

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266