DÜNYA

Rusiya amerikalı iş adamını azadlığa buraxdı
15 APREL
101

Rusiya amerikalı iş adamını azadlığa buraxdı

2019-04-15 16:31:00

Cümə axşamı Moskva məhkəməsi Rusiyada çalışan tanınmış amerikalı biznesmenlərdən birinin azad edilməsinə qərar verib. Belə ki, bu ilin əvvəlində həmin iş adamının həbsi xarici investorları qorxuya salmışdı. Fins.az-ın məlumatına görə, həbs xüsusilə ona görə əndişə doğurmuşdu ki, bir çox şirkətin ölkəni tərk etməsinə baxmayaraq, “Baring Vostok” özəl investisiya şirkətinin təsisçisi və rəhbəri Maykl Kalvi (Michael Calvey) Rusiyaya investisiya tərəfdarlarından biri olub. Həmin şirkətlərin ölkədən getməsinə səbəb əlverişsiz iqtisadi mühit və Qərblə pisləşən münasibətlər olub. İyirmi ildir şirkətlər üzərində dövlətin davam edən nəzarətinə, rublun devalvasiyasına və digər məşhur investorun vəkili kimi çalışan, həbsdə vəfat edən Sergey Maqnitski də daxil olmaqla, siyasi həbslərə baxmayaraq, Kalvi investisiyaları müdafiə etməyə davam edib. Bununla belə, Kalvi həbsdə də Rusiyaya investisiyaları dəstəkləyə davam edib. O, Rusiya məhkəmələrində müttəhimlərin saxlanıldığı akvariuma oxşayan şüşə kameradan səsləndirdiyi bəyanatında bu fikirləri dilə gətirib. Sahibkar həmin çıxışında deyib ki, ona qarşı məhkəmə işi işgüzar disput tərəfindən hazırlanıb”, - məqalə müəllifi Endryu Kreymer (Andrew E. Kramer) qeyd edir. Jurnalist həmçinin əlavə edir ki, Kalvinin bu zaman nə etmək istədiyi aydın olmayıb: “O bu yolla rəğbət qazanmaq istəyib yoxsa Rusiyada biznesini davam etdirməklə qaçış riskini azaltdığını iddia edib?”

Kalvinin həbsi Amerika şirkətlərinin narahatlığına səbəb olub. “Onlar şirkət rəhbərlərinin Rusiya və ABŞ arasında gərgin münasibətlər fonunda analoji şəkildə həbs edilə biləcəyindən qorxublar. Amerikalı biznesmenin həbsindən sonra onlar iyunda Sankt Peterburqda keçirilməsi planlaşdırılan illik investisiya forumunun boykot ehtimalları haqda düşüncələrə qapılıblar.  Paradoksal səslənsə də, həbs hadisəsi Rusiya iqtisadiyyatına bəzi investisiyaları məhdudlaşdıran Amerika sanksiyaları qədər zərər vurub”.

Baş prokurorluq investorun ünvanına Rusiyanın işgüzar çevrələrindən daxil olan dəstəyi və onun qaçış riskini azaldan yeni informasiyanı əsas gətirərək, məhkəmə prosesini gözləyən Kalvinin azad edilməsini xahiş edib. Məhkəmənin qərarı ilə Kalvinin həbsi ev dustaqlığı ilə əvəzlənib. İttiham edilən digər dörd nəfər həbsdə qalıb.

“Qərb diplomatlarının məsələ ilə bağlı müzakirələri səngimək bilmir: Kalvinin həbsi Rusiyada  amerikalı biznesmenlərə yönəlmiş siyasi qərarın nəticəsidir yoxsa ölkənin biznes cəmiyyətinin böyük bir hissəsinin əziyyət çəkdiyi aşağı səviyyəli korrupsiyadır? İttihamlar təsdiqlənsə, Kalvini “zona” kimi tanınan cəzaçəkmə müəssisələrində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir”, - məqalədə deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266