DÜNYA

Putinin Kim Çen In ilə görüşünün vaxtı açıqlanıb
15 APREL
106

Putinin Kim Çen In ilə görüşünün vaxtı açıqlanıb

2019-04-15 16:25:00

Fins.az-ın "RBC"ya istinadən verdiyi məlumata görə, Putin 26-27 aprel Pekin səfəri ərəfəsində Vladivostoka gələcək. Prezidentin Pekində “Bir qütb, bir yol” forumunda iştirakı planlaşdırılıb. Bu barədə “Yonhap” agentliyinin mənbələri xəbər verib. Ehtimallara əsasən, Şimali Koreya lideri Kim Çen In (Kim Jong-un) da çoxdan planlaşdırılan şəxsi görüşdə iştirak etmək üçün Primorsk diyarının paytaxtına səfər edəcək. “Çox güman, görüş həqiqətən baş tutacaq”, - deyə mənbə bildirib. 

Ehtimal olunur ki, uğursuz Hanoy görüşündən sonra Amerika prezidenti Donald Trampa təzyiq göstərmək üçün Kim Çen In görüş zamanı Rusiyanın dəstəyini qazanmağa çalışacaq.

“The Washington Post” nəşrinin məlumatında deyilir ki, daha əvvəl Kim Çen In Trampla yalnız bir halda görüşməyə hazır olduğunu bildirib: Vaşinqton indiki sanksiya rejiminin saxlanmasına israr etməyəcək, ciddi güzəştlərə gedəcək.

Hanoyda Şimali Koreya lideri Trampa bildirib ki, BMT Təhlükəsizlik Şurasının ölkəyə qarşı həyata keçirdiyi bütün iqtisadi sanksiyaların ləğv edilməsi müqabilində nüvə araşdırmaları üzrə baş mərkəzin fəaliyyətini dayandırmağa hazırdır. Ölkə başçıları nəticədə razılıq əldə edə bilməyiblər.

Martın sonu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kim Çen Inın səfərinin “çoxdan müzakirə edildiyini və buna hazırlıqlar görüldüyünü” bildirsə də, konkret tarix açıqlamayıb.

Putinlə Kim Çen In arasındakı görüşün Şərq İqtisadi Forumunda baş tutacağı gözlənilib. Forum ötən ilin sentyabrında keçirilib, amma Şimali Koreya lideri həmin tədbirdə iştirak etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266